Şrift:
Təbrizdə “Azərbaycan rəqsi” proqramının qarşısı alınıb
14.03.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə rəsmi şəxslərin müdaxiləsi ilə Azərbaycan rəqsinin nümayiş etdirilməsinə icazə verilməyib.

Martın 11-də Təbrizin “Qədir Mədəniyyət Evi”ndə “Təbriz həndəvəri məntəqələrinin elitasının təqdir olunması” adı ilə keçirilən mərasimdə “Azərbaycan rəqsi” proqramı nəzərdə tutulub, lakin sonra rəqs qrupunun çıxış etməsinə mane olublar.

Rəqs proqramının mədəniyyət sarayının rəisi Davud Huşəng Roşənək tərəfindən ləğv olunduğu bildirilir. O Azərbaycan rəqsi və geyimini İranın adət-ənənəsi və prinsiplərinə uyğun olmadığını deyərək Azərbaycan rəqsinin nümayiş etdirilməsinə icazə verməyib.

Davud Huşəng Roşənək “Səhənd” əyalət televiziyasının aparıcılarından olub, o hazırda Təbrizin “Qədir Mədəniyyət Evi”nin müdiridir.

Martın 7-də Təbriz derbisində milli geyimdə olan “Traxtur” komandasının 3 tərəfdarı da stadiona buraxılmamışdır.
İranda lor, kürd, ərəb, bəluç və s. millətlərə mənsub olan vətəndaşlar hər yerə, o cümlədən ümumi məkanlara sərbəst gedə bilir. Azərbaycanlıların bu məsələdə də ayrı-seçkiliyə məruz qalması xüsusi diqqət çəkir.
Ötən həftə İran dövləti hökumət işində çalışan kürd işçilərinin rəsmi idarələrdə milli geyimlərindən istifadə etmələrini azad elan edib.

N.S
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed