Şrift:
Gürcüstanın Marneuli rayonunda yeni məktəblər inşa olunacaq
15.03.2019 [10:27] - Borçalı
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 19 ictimai məktəb əsaslı təmir ediləcək, daha 8 kənddə yeni məktəb inşa olunacaq.

Bu barədə Marneuli rayon meriyasından məlumat verilib.

Məlumatda bildirilir ki, məktəblərin bərpa və təmiri, eləcə də yeni məktəblərin tikintisi üçün büdcədən 1 milyon 820 min lari vəsait ayrılıb.

Təmir-bərpa işlərinin müəyyən hissəsi “kəndə dəstək proqramı” çərçivəsində maliyyələşəcək.

Məktəblərdə həyata keçiriləcək əsas təmir işləri çərçivəsində tədris ocaqlarının dam örtüyü, qapı-pəncərələri dəyişdiriləcək, döşəmələr yenilənəcək, yeni istilik sistemi və sanitar qovşaqlar quraşdırlacaq.

Yeni məktəblər Marneulinin Tsopi, Şulaver, Qızılhacılı, Qasımlı, Kirovka, Xuldərə, Candar, Sabirkənd kəndlərində inşa olunacaq.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed