Şrift:
Böyrək vərəmi
15.03.2019 [11:18] - Sağlıq
Böyrək vərəmi insan orqanizminə hematogen yolla ağciyər və limfa düyünləri ilə yoluxur. Limfa düyünləri ilə qana keçmiş mikrobakteriyalar böyrəyi zədələyir. Hər iki böyrəyin qabıq maddəsində də vərəm ocaqları yaranır. Vərəm xəstəliyinin ən dirəncli mikrobunun “Mycobacterium tuberculozis"ə böyrək və sidik yollarında da rast gəlinməsi mümkündür. Vərəm virusları bədən müqaviməti, immun sistemi zəif olan xəstələrdə daha çox rast gəlinir. Xəstəlik kişilərdə daha çox aşkarlanır. Buna səbəb kişilərin zərərli vərdişlərinin çox olmasıdır. Böyrək vərəminə adətən 40 yaşdan sonra rast gəlmək mümkündür.

Böyrək vərəminə yoluxan xəstənin şikayətləri digər böyrək xəstəliklərindəki kimi eyni olur. Xəstə sidikdə qan izi görə, onun bədən hərarəti yüksələ bilər. Xəstələr şikayətləri müşahidə etdikləri anda həkimə müraciət etməlidirlər. Mütəxəssis həkim tərəfindən aparılan bir neçə müayinədən sonra daha dəqiq diaqnozun qoyulması mümkündür.

Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nefroloqu Aynur Əzizova məlumat verib.

Həkim-nefroloq bildirib ki, səbəbsiz sidik ifrazı pozuntuları, sidiyin bakterioloji analizində təsdiqlənməyən infeksiyalar, davamlı olaraq sidik yolları infeksiyası böyrək vərəmindən şübhələnməyə əsas verir. Erkən diaqnoz və müalicə müsbət nəticə əldə edilməsinə kömək edir.

“Xəstələr analiz və xüsusi testlərdən keçirlər. Bütün müayinələrdən sonra individual müalicə planı təyin olunur. Qısa müddət ərzində təhlillər yenidən aparılır. Yaxşılaşma müşahidə edilərsə, belə xəstə mütəmadi olaraq həkim nəzarətində olmalıdır”, - deyə həkim-nefroloq qeyd edib.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed