Şrift:
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi
15.03.2019 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin səhənd stadionunda yerli vaxtla saat 16:00-da başlayan görüş ev sahibi olan “Traxtur” komandasının xeyirinə yekunlaşıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində “Traxtur” Məşhəd təmsilçisi “Pədidə” ilə qarşılaşıb, oyun 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə sona çatıb.

“Traxtur”a qələbə qazandıran qol Antoni Stokes tərəfindən oyunun 21-ci dəqiqəsində vurulub.

Görüşdə soyuq hava şəraitinə baxmayaraq 30 mindən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib.

Bu nəticədən qonra “Traxtur” 43 xalla müvəqqəti olaraq turnir cədvəlinin 1-ci, “Pədidə” isə 39 xalla 5-ci piləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed