Şrift:
NASA iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib
18.03.2019 [10:56] - Gündəm, Bildiriş
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.
EA2 asteroidi Yer kürəsinin yaxınlığından 305 kilometr məsafədən keçəcək. Bu, planetimizdən Aya qədər olan məsafədən 80 min kilometr azdır.

NASA-nın məlumatında diqqətə çatdırılır ki, göy cisminin Yer kürəsinə ən yaxın məsafədən uçması martın 22-də baş verəcək. Onun sürəti saniyədə 5 kilometrə yaxın, diametri isə 18-dən 40 metrə qədərdir.

Agentliyin mütəxəssisləri ötən ilin sentyabrında 70-160 metr radiusu olan asteroidin Yer kürəsinə yaxınlaşdığını bildirişimdilər. Həmin göy cismi planetimizdən 5,87 milyon kilometr məsafədən keçmişdi.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed