Şrift:
Muğam Mərkəzinin “Qəzəllər” layihəsi davam edir
18.03.2019 [11:04] - Gündəm, Mədəniyyət
Martın 27 də Beynəlxalq Muğam Mərkəzində, “Qəzəllər” layihəsi çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəllərinə həsr edilmiş musiqili gecə keçiriləcək.

Muğam Mərkəzindən bildirilib ki, Gecədə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyev tərəfindən “Zabul segah” dəsgahı səslənəcək.

Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət edəcək.

Biletləri şəhərin kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed