Şrift:
Avstriyada qalanan tonqal hündürlüyünə görə “Ginnesin rekordlar kitabı”na düşüb
18.03.2019 [11:08] - Gündəm
Avstriyanın ən qərbdə yerləşən Forarlberq əyalətinin Lustenau qəsəbəsi dünyanın ən hündür tonqalı ilə “Ginnesin rekordlar kitabı”na düşüb.

Qəsəbədə qışın sona çatması münasibətilə təşkil edilmiş bayramda yandırılan tonqalın hündürlüyü 60,64 metr olub. Bununla da indiyədək dünyanın ən hündür tonqalı hesab edilən və 2016-cı ildə Norveçin Alesund şəhərində yandırılan 47 metr hündürlüyündə tonqal birinciliyi əldən verib.

On mindən artıq şəxs 100 ton odundan quraşdırılmış tonqalın yandırılmasını izləyib.



Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed