Şrift:
“Qala” qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” festivalı keçiriləcək
18.03.2019 [11:18] - Mədəniyyət
Martın 21-i və 22-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Novruz bayramı münasibətilə “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.

“Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda baş tutacaq festivalda müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək.

Milli və müasir musiqi nömrələrinin, milli rəqslərin, maraqlı, hədiyyəli viktorina və oyunların yer alacağı tədbirdə həmçinin yeni Qala Atçılıq Mərkəzinin açılışı da baş tutacaq.

Festival günlərində şəhərin sakinləri və xarici qonaqların şənlikdə rahat iştirakının təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Gediş: İçərişəhər, Qoşa Qala qapılarından saat 11:00-15:00-dək (1 saat interval ilə).Qayıdış: Qala Qoruğundan saat 13:00-17:30-dək (1 saat interval ilə).

Festival iki gün müddətində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda (Xəzər rayonu, Qala kəndi, Sülh küç-83) gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed