Şrift:
Azərbaycan parlamentarizmi tarixi araşdırılıb
19.03.2019 [10:29] - Kitab evi
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun “Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Azərbaycan parlamentarizmi sistemini öyrənmək üçün mənbə kimi” kitabı çap olunacaq.

İnstitutdan bildirilib ki, Ziyad Əmrahov Cümhuriyyətin parlament sənədləri əsasında Azərbaycan parlamentarizmi tarixini araşdırıb. O, Azərbaycanın qanunvericilik hakimiyyəti orqanının 1918-1920-ci illərdəki fəaliyyəti, qəbul etdiyi qanunlar, çıxardığı qərarlar və müstəqil Azərbaycan Respublikasının Milli Məclisi arasında varislik əlaqələrini tədqiq edib.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed