Şrift:
Fərəc Quliyev: Erməni əsgərinin bizim torpağın üstündə yeri yoxdur, varsa altındadır (video)
19.03.2019 [11:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən – 18.03.2019 tarixində Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub. Həmin verilişdə “Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı aparılan danışıqlar və Ermənistanın yeni hakimiyyətinin yürütdüyü Qarabağ siyasəti” mövzusu ətrafında aparılan müzakirədə partiya sədri Ermənistan hakimiyyətinin bu məsələdə yürütdüyü manipulyasiya siyasətinin mahiyyətinin şərhini verib.
O, siyasi mövqeyini bəyan edərək, hazırkı danışıqların nəticə verəcəyinə inanmadığını və danışıqların BMT ilə birbaşa aparılmasının daha tutarlı ola biləcəyini soyləyib. Müzakirədə F.Quliyev problemin həllində sərt mövqe nümayiş etdirmənin vacibliyini bildirib və qeyd edib ki, erməni əsgərinin bizim torpaq üzərində yeri yoxdur, onu yeri bizim torpağın altındadır.
F.Quliyevin həmin verilişdəki çıxışının və şərhlərinin videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed