Şrift:
Azərbaycanda bu gündən ali məktəblərin ixtisaslarına seçim başlayır
07.08.2012 [10:39] - Gündəm, Bildiriş
Azərbaycanda bu gündən 2012/2013-cü tədris ili üçün ali məktəblərin ixtisaslarına seçim başlayır. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 16-dək internet vasitəsilə aparılacaq.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupu üzrə 15-ə qədər ixtisas kodunu seçə bilər.
Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed