Şrift:
“Yuventus” və “Fiorentina” oyununu rekord sayda azarkeş izləyib
27.03.2019 [09:11] - Gündəm, İdman
“Yuventus” və “Fiorentina”nın qadınlardan ibarət komandalarının oyununu stadionda rekord sayda azarkeş izləyib.

Italiyanın “oasport.it’ saytı xəbər verir ki, ölkə çempionatı çərçivəsində Turinin “Alyans” stadionunda “Yuventus” və “Fiorentina”nın qadınlardan ibarət komandalarının qarşılaşmasına 40 min azarkeş baxıb.

Qeyd edək ki, turnir cədvəlində 1-ci və 2-ci yerləri bölüşdürən və bu görüşədək florensiyalıları 1 xal qabaqlayan “Yuventus” qarşılaşmadan 1-0 hesablı qələbə ilə ayrılaraq rəqibi ilə arasındakı xal fərqini 4-ə yüksəldib.

Asiman Əsədov
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed