Şrift:
Gürcüstanda bələdiyyələrin səlahiyyətləri artırılır
27.03.2019 [10:44] - Borçalı
Gürcüstan parlamenti yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutan strategiya üzərində işə başlayır.

Bunu bu gün parlamentin Regional siyasət və özünüidarəetmə üzrə komitəsinin sədri Zaza Qabuniya bildirib.

Strategiyanın müzakirə edildiyi İşçi qrupuna parlamentin bütün subyektləri daxil edilib. Sənəd üzərində iş yarım ay ərzində başa çatdırılmalı, ayın ortalarında hökumətə təqdim olunmalıdır. Ç.Qabuniya deyib ki, bələdiyyələrin maliyyə təminatının gücləndirilməsi, şəhərlərin və bələdiyyələrin səlahiyyətlərinin artırılması, regionlarda əhali üçün vacib xidmətlərin yaradılması da daxil olmaqla, strategiyada bütün istiqamətlərin əksini tapması üzərində çalışırlar.
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed