Şrift:
İranda internetə alternativ milli şəbəkə yaradılır
07.08.2012 [11:49] - Güney Azərbaycan xəbərləri
İran hökuməti dövlət qurumlarının internetə çıxışının bu ilin sentyabr ayından dayandırılması ilə bağlı qərar qəbul edib.

Rusiya mətbuatının verdiyi məlumata görə, ölkə hökuməti özünün ayrıca alternativ şəbəkəsini qurmaq niyyətindədir. Bu addım mühüm dövlət obyektlərinin şəbəkə təhlükəsizliyinin təmin olunması üçün atılıb. Bundan öncə İrana «Stuxnet» və «Flame» virusları ilə kiberhücum olub.

İranın informasiya-kommunikasiya texnologiyaları naziri Reza Tagipur qeyd edib ki, internet ona dövlət sirlərini etibar etmək üçün o qədər təhlükəsiz məkan deyil və şəbəkə İranın əleyhinə olan iki ölkə ilə idarə olunur. Nazir 1,5 ildən sonra dövlət qulluqçuları üçün qlobal şəbəkəni əvəzləyəcək şəxsi daxili milli şəbəkənin qurulacağını bildirib.

Qeyd edək ki, İran hökumətinin fikrincə, «Stuxnet» və «Flame» virusları ABŞ və İsrailin istehsal etdiyini birgə məhsuldur
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed