Şrift:
Belarus-Rusiya münasibətlərində gərginlik
27.03.2019 [10:47] - Siyasət
Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko iki ölkə arasında yaşanan gərginliyi müzakirə edib.
Rusiya prezidentinin Mətbuat Xidməti prezidentlər arasında telefon danışığı olduğunu açıqlayıb.
Məlumata görə, tərəflər telefon danışığı zamanı xüsusi ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd edək ki, son zamanlar Belarus-Rusiya münasibətlərində gərginlik müşahidə edilir. Gərginliyə əsas səbəb Rusiyanın Belarusdan olan bir sıra məhsulların idxalını dayandırması və Belarusa tədarük edilən enerji daşıyıcıları qiymətləri olub. Bəzi mənbələr iki ölkə arasında gərginliyin Belarusun anneksiyası və Putinin hakimiyyətinin uzadılması üçün bəhanə olaraq yaradıldığını bildiriblər.
Digər maraqlı məqam isə Putinlə Lukaşenkonun telefon danışığının Rusiyada əslən Belarusdan olan eks-nazir Mixail Abızovun həbsindən dərhal sonra baş tutması olub.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed