Şrift:
Pompeo Çini uyğurlarla bağlı mövqeyini dəyişməyə çağırıb
27.03.2019 [10:56] - Gündəm, Türk dünyası-Turan
ABŞ dövlət katibi Çinin Sincan vilayətində uyğurların kütlləvi nəzarətini və digər müsəlman azlıqların düşərgələrə salınmasını “faciə” adlandırıb.

“Biz açıq şəkildə bunun əleyhinə danışmışıq. Onlarla dəfələrlə danışıqlar aparmışıq. Söhbət yüz minlərdən gedir. Biz bunu insan haqlarının pozulması kimi qiymətləndirir, bunun hiddətdoğurucu olduğunu deyərək, Çini bu yoldan çəkinməyə çağırırıq”- deyə, Mayk Pompeo bildirib.

Tənqidçilərin Çinin əməllərini uyğurların məhvi cəhdi kimi qiymətləndirir.

ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Çinin Sincan vilayətində uyğurların saxlanması məsələsinə xüsusi diqqət ayrılıb.

Birləşmiş Ştatlar və Qərb ölkələrinin hökumətləri, eləcə də də insan hüquqları təşkilatları Çini uyğurlar və digər müsəlmanları dini və etnik təmizləmə məqsədilə düşərgələrdə saxlamaqda ittiham edib.

ABŞ qanunvericiləri Çinə qarşı daha ciddi tədbirlər görülməsi üçün Tramp administrasiyasına təzyiq göstərir.

Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi dövlət katibi Pompeo ilə keən həftə görüş zamanı bildirib ki, “belə görünür, administrasiya məsələ ilə bağlı əhəmiyyətli tədbirlər görmür”.

Pompeo bildirib ki, administrasiya Sincan vilayətində uyğurların hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Çin rəsmilərinə qarşı mümkün sanksiyaları nəzərdən keçirir.

Dövlət katibi bu gün Dövlət Departamentində uyğur müsəlmanlarla görüş keçirib.

Uyğurların əksəsiyyər təşkil etdiyi Sincan Çinin strateji mahiyyət kəsb edən ən böyük vilayətidir.

Sincan 8 ölkə - Monqolustan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Hindistala sərhədlərini bölüşür.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed