Şrift:
Azərbaycanın rəqs qrupları Ankarada TÜRKSOY-un qərargahında olublar
27.03.2019 [11:07] - Türk dünyası-Turan
Azərbaycanın “Cəngi” estrada folklor və “Dan ulduzu” rəqs ansamblları Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında olublar.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı ölkəmizi Türkiyədə keçirilən mərasimlərdə yüksək peşəkarlıqla təmsil edən hər iki qrupa Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının rəhbərliyi adından təşəkkürünü çatdırıb, onların nadir yaradıcılıq üslubu barədə xoş sözlər danışıb.

Qeyd edək ki, Azərbaycanın “Cəngi” estrada folklor və “Dan ulduzu” rəqs ansamblları “TRT AVAZ” kanalının 10 illiyi münasibətilə Türkiyənin Əskişəhər şəhərində keçirilən təntənəli mərasimdə, Ankarada Etiməsqut bələdiyyəsi və TÜRKSOY-un birgə təşkil etdiyi Novruz şənliklərində çıxış ediblər. Musiqi qruplarımızın ifaları tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed