Şrift:
Ərdəbilə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı artıb
27.03.2019 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Novruz bayramı günlərində Güney Azərbaycanın Ərdəbil şəhərinə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı artıb.

Bu barədə Ərdəbil Əyaləti Yol və Nəqliyyat İdarəsinin rəisi Əli Rəhməti məlumat verib.

“Martın 16-dan 25-dək Ərdəbil əyalətinə 17 min 275 nəfər Azərbaycan vətəndaşı səfər edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz artım göstərir. Bu müddətdə 17 min 141 nəfər xarici qonaq əyaləti tərk edib. Bu rəqəmdə də 42 faiz artım olduğu müşahidə olunur”- deyə o bildirib.

Əli Rəhmətinin sözlərinə görə, qeyd olunan müddətdə Biləsuvar sərhəd-keçid məntəqəsində gediş-gəliş ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azalıb.

Ərdəbil Əyaləti Yol və Nəqliyyat İdarəsinin rəisi Biləsuvarda yeni sərhəd terminalı və keçid məntəqəsi istifadəyə verildikdən sonra müsafirlərə daha yüksək səviyyədə xidmət göstərildiyini diqqətə çatdırıb.

N.S
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed