Şrift:
Kiyev şəhər meri soydaşlarımızı mükafatlandırıb
28.03.2019 [11:30] - Diaspor
Kiyev şəhər meriyası Kiyev Azərbaycanlıları Konqresinin aktiv nümayəndələrini mükafatlandırıb.

Azərbaycanın sərbəst güləş üzrə Əməkdar idman ustası, Əməkdar məşqçisi Oleq Krapivin sədri olduğu Kiyev Azərbaycanlıları Konqresinin fəalları Ələsgər Məhərrəmov, Əli Əliyev və Hikmət Məmmədov çoxmillətli Ukrayna cəmiyyətində dostluğun gücləndirilməsinə, milli azlıqların etnik mənsubiyyətinin qorunub saxlanmasına və inkişafına, uzunmüddətli ictimai fəaliyyətə əhəmiyyətli töhfələr verdikləri üçün Kiyev şəhər Dövlət Administrasiyasının diplomları ilə mükafatlandırılıblar.

Kiyev şəhər meri Vitali Kliçko adından diplomları dövlət administrasiyasının mədəniyyət departamentinin direktoru Diana Popov təqdim edib.

Ali diploma layiq olduqları üçün Kiyev merinə təşəkkür edən soydaşlarımız bundan sonra da Ukrayna cəmiyyətinin inkişafına, Ukrayna-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed