Şrift:
Bakının Avropa Olimpiya Təsnifat turnirini təşkil etməsi üçün namizədliyi irəli sürülüb
29.03.2019 [10:10] - İdman
Dünya Güləş Birliyinin (UWW) vitse-prezidenti, Avropa Güləş Federasiyasının rəhbəri Tseno Tsenov ölkəmizdə səfərdədir.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə görüşən UWW rəsmisi Bakıda bir neçə oteldə şəraitlə tanış olub və Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası gələn il martın 19-dan 22-dək baş tutacaq Avropa Olimpiya təsnifat turnirini təşkil etmək üçün namizədliyini irəli sürüb. Beynəlxalq yarışları keçirmək təcrübəsi zəngin olan ölkəmiz Olimpiadaya lisenziya verən bu turniri də yüksək səviyyədə təşkil etmək əzmindədir. T.Tsenov müşahidələrinə əsasən Bakıdakı idman infrastrukturunun yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev görüşdə təsnifat turnirinin bundan əvvəlki yarışlar kimi ən yüksək səviyyədə keçiriləcəyinə təminat verib.

Bakı ilə yanaşı, namizəd şəhərlər arasında Zrenyanin (Serbiya), Roma (İtaliya) və Budapeşt (Macarıstan) də var. Bu yarışda hər çəki üzrə finalçılar “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed