Şrift:
Türkiyədə 57 milyon vətəndaş səs verəcək
29.03.2019 [10:10] - Türk dünyası-Turan
Martın 31-də Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkilərində ölkə üzrə 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.
Ali Seçki Komissiyası (ASK) səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Bildirilir ki, seçki məntəqələrində 194 min 390 səsvermə qutusu qoyulub. Ölkə üzrə 1 milyon 156 min vətəndaş ilk dəfə səs verəcək.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed