Şrift:
“Fukusima-1” AES-in reaktorunun daxilinə robot göndəriləcək
29.03.2019 [10:12] - Gündəm
Qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) 1 nömrəli reaktorunun daxilinə robot göndəriləcək.

Bu barədə AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkəti məlumat yayıb. Bildirilir ki, reaktorun daxilindəki ərimiş yanacağın tədqiqi üçün nəzərdə tutulan əməliyyatın cari ilin yayında həyata keçirilməsi planlaşdırılır.

“Tokyo Electric Power Co.” şirkəti martın 28-də qayıq şəklində olan robotu kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edib. Suyun altı ilə hərəkət edən qayığın reaktorun qoruyucu qatının daxilinə göndərilməsi nəzərdə tutulur. Şirkətdən bildiriblər ki, bu, reaktorun daxilində olan ərimiş yanacağın tədqiqi üçün nəzərdə tutulan altı robotdan biridir. Əvvəllər aparılan tədqiqatlar zamanı 2 və 3 nömrəli reaktorlarda nüvə yanacağının qırıntılarının qaldığı təsdiq olunub.

KİV nümayəndələrinə təqdim edilən qayıq-robotun uzunluğu 110 santimetr, diametri isə 25 santimetrdir. O, kamera və dozimetrlə təchiz edilib. Robot məsafədən idarəetmənin təşkili üçün kabelləri yerləşdirməli olan avadanlığı quraşdırmalıdır. Qayıq-robotun “Hitachi-GE Nuclear Energy” şirkəti tərəfindən hazırlandığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed