Şrift:
Daşkənddə MDB Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçirilib
29.03.2019 [10:14] - Gündəm, Hərb
Martın 28-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 81-ci iclası keçirilib.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, SQKŞ-nin Əlaqələndirmə Xidmətinin, MDB İcraiyyə Komitəsinin, Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun üzvləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev iclasda çıxış edərək Birliyin sərhədlərindəki vəziyyət haqqında məlumat verib.

Görüşdə Mərkəzi Asiya regionundakı dövlətlərin xarici sərhədlərində vəziyyət, MDB ölkələri arasında əməkdaşlıq proqramı, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi, birgə xüsusi sərhəd əməliyyatlarına hazırlıq, 2020-ci ildə Şuranın iş planının layihəsi və digər məsələlər müzakirə olunub.

İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilati və kadr məsələlərinə də baxılıb.

Şuranın növbəti iclasının bu ilin ikinci yarısında Belarusda keçirilməsi qərara alınıb.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed