Şrift:
Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub
29.03.2019 [10:17] - Gündəm, Siyasət
Martın 28-də Vyanada Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed