Şrift:
Ən məşhur muzeylərin SİYAHISI açıqlanıb
29.03.2019 [10:22] - Mədəniyyət
Dünyada ən çox ziyarət olunan muzeylərin siyahısı açıqlanıb. İlk yerdə Luvr (Fransa, Paris) qərarlaşıb. Reytinqi tərtib edən "The Art Newspaper" ötən il bu muzeyi 10 milyondan çox adamın ziyarət etdiyini qeyd edib.

Siyahıda sonrakı yerləri müvafiq olaraq Çin Milli Muzeyi (Pekin) və Metropoliten-muzey (ABŞ, Nyu-York) tutub. Qeyd edək ki, Vatikan muzeyi və Müasir Teyt Qalereyası (Böyük Britaniya, London) bu mötəbər beşlyi tamamlayır.

Muzeylərin onluğuna isə London Milli Qalereyasi, Milli İncəsənt Qalereyası (ABŞ, Vaşinqton), Ermitaj (Rusiya, Sankt-Peterburq), Viktoriya və Albert muzeyi (Böyük Britaniya, London) daxil olub.
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed