Şrift:
“Traxtur” Xuzistanın “İstiqlal” komandası ilə qarşılaşacaq
29.03.2019 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası yeni ildə (İranda yeni il Novruz bayramından başlayır) birinci görüşünə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 23-cü həftəsində Azərbaycan komandası Xuzistanın “İstiqlal” komandası ilə üz-üzə gələcək.

Görüş şənbə günü, martın 30-u yerli vaxtla saat 19:00-da Əhvazın Qədir stadionunda baş tutacaq.

“Traxtur”-“İstiqlal” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed