Şrift:
Abbas Lisaninin qeyri-müəyyən vəziyyətdə saxlanması davam edir, onun dosyesi haqda heç bir məlumat verilmir
29.03.2019 [14:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan Abbas Lisani təxminən 2.5 aydır ki, qeyri-müəyyən vəziyyətdə saxlanılır, onun dosyesi haqda heç bir məlumat verilmir.

Bu müddətdə fəalın ailəsi Ərdəbilin Ədliyyə İdarəsinə bir neçə dəfə müraciət edərək dosye ilə bağlı məlumat almaq üçün rəislə görüşmək istəyiblər, lakin onlara rədd cavabı verilib.

Fəalın müvəqqəti saxlanma müddəti Ettelaat İdarəsinin təzyiqi ilə uzadılıb.

Ötən günlərdə fəalın evinə çağırış vərəqəsi göndərilərək ondan aprelin 13-də Təbriz məhkəməsinə müraciət etməsi istənilib. O mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) dəfn mərasimində çıxışına görə məhkum edildiyi 10 aylıq həbs cəzası ilə əlaqədar məhkəməyə çağırılıb. Bundan əvvəl Abbas Lisani həmin hökmə rəsmi şəkildə etiraz bildirib.
Qeyd etmək lazımdır ki, məhkəməyə çağırışla bağlı fəalın saxlandığı Ərdəbil zindanına müraciət edilməlidir, əks halda o təyin olunan gündə məhkəməyə aparılmayacaq. Ehtimal olunur ki, Ettelaat İdarəsinin təzyiqi altında qərar verən Ədliyyə İdarəsi çağırış vərəqəsini məqsədyönlü şəkildə fəalın evinə göndərib.

Abbas Lisani qaraciyər xəstəliyindən əziyyət çəkir, onun hal-hazırda səhətində problem var və müalicə olunmalıdır.

Azərbaycanlı fəalın hüquqlarını məhkəmədə vəkil Məhəmmədrza Fəqihi müdafiə edəcək.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbilin Ettelaat İdarəsi, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. Fəal hazırda Ərdəbil zindanının 7-ci korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed