Şrift:
NATO-nun hərbi gəmiləri Gürcüstana gəlir
30.03.2019 [10:41] - Gündəm, Hərb
Bu barədə Polşanın Gürcüstandakı səfirliyi öz “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, NATO-nun ikinci daimi hərbi-dəniz qruplarına daxil olan hərbi gəmilər Dardanel və Bosfor boğazlarından keçərək Qara dəniz akvatoriyasına daxil olub. Hərbi gəmilərdən ibarət qrupa Niderlandın “Evertsen”, Kanadanın “Toronto”, İspaniyanın “Santa Mariya”, Türkiyənin “Qelibolu” və Fransa Hərbi Dəniz Donammasının yardımçı “Var” gəmisi daxildir.

Bu gəmilər Gürcüstan və Ukraynadan olan tərəfdaşları ilə “Dəniz sipəri” (Sea Shield”) əməliyyatlarında iştirak edəcək.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Kuk” bu il yanvarın sonlarında Batumi limanına gəlib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed