Şrift:
Ukraynada prezident seçkiləri ilə bağlı sükut günüdür
30.03.2019 [10:42] - Xəbərlər, Siyasət
Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.

Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu cümə günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri bazar günü - martın 31-də keçiriləcək. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed