Şrift:
Yunanıstanın Baş naziri Şimali Makedoniyaya səfər edəcək
30.03.2019 [10:48] - Gündəm, Sosial
Aleksis Tsipras aprelin 2-də Şimali Makedoniyaya rəsmi səfər edəcək. Bu barədə AMNA xəbər agentliyi məlumat verib. Bu səfər Yunanıstanın Baş nazirinin Şimali Makedoniyaya ilk rəsmi səfəri olacaq. İndiyədək səfərlər Şimali Makedoniyanın adı ilə bağlı narazılıqlar səbəbindən baş tutmayıb. Səfər zamanı Yunanıstan və Şimali Makedoniya Ali Əməkdaşlıq Şurasının iclasının keçirilməsi və iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur. Baş naziri bu səfərdə hökumət nümayəndələri, nazirlər və iş adamları müşayiət edəcəklər.

Xatırladaq ki, Afina və Skopye keçən il iyunun 17-də Makedoniyanın adının Şimali Makedoniyaya dəyişdirilməsi ilə bağlı Prespa sazişini imzalayıblar. Saziş iki ölkə arasında adla bağlı anlaşılmazlıqları aradan götürür və Şimali Makedoniyanın Avropa İttifaqı və NATO-ya inteqrasiya etməsinə şərait yaradır.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed