Şrift:
Yaponiya hökuməti ölkədə işsizlik və iqtisadi göstəricilər barədə məlumatları dərc edib
30.03.2019 [10:56] - Gündəm, Sosial
Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin dərc etdiyi məlumata görə, fevralda ölkədə işsizlik fəsil dəyişmələri nəticəsində 2,3 faiz olub.

Bu rəqəm yanvardakı göstərici ilə müqayisədə 0,2 faiz azalıb.

Məlumatda, həmçinin bildirilir ki, Yaponiyada sənaye istehsalı fevralda son dörd ayda ilk dəfə olaraq artaraq yanvardakı göstəricini 1,4 faiz üstələyib. İxrac məqsədilə avtomobil mühərriklərinin və yarmkeçiricilərin istehsalı üçün avadanlıq istehsalında Çində iqtisadi inkişaf səviyyəsinin zəifləməsi nəticəsində azalmadan sonra yeni artım müşahidə edilməyə başlayıb. Lakin buna baxmayaraq, yanvaradək olan səviyyəyə çatmaq mümkün olmayıb.

Hökumətin proqnozlarına görə, ölkə iqtisadiyyatı martda 1,3 faiz, apreldə isə 1,1 faiz artım nümayiş etdirəcək. Bununla yanaşı, ümumilikdə baza qiymətləndirməsi baxımından sənaye məhsulları buraxılışının azalacağı gözlənilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed