Şrift:
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
30.03.2019 [11:14] - Gündəm, Mədəniyyət
Martın 31-də respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə təşkil ediləcək.

Yarımfinal turunda rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş siyahıda olan beynəlxalq fənn olimpiadalarının hər hansı birində iştirak etmiş şagirdlər iki kateqoriyada olimpiadalara cəlb olunacaqlar. 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar.

Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1432, riyaziyyat fənni üzrə 1715, informatika fənni üzrə 225, fizika fənni üzrə 217, kimya fənni üzrə 222, biologiya fənni üzrə 765, tarix fənni üzrə 398, coğrafiya fənni üzrə 1113 şagird iştirak edəcək.

İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadanın yarımfinal turu ADA Universitetində keçiriləcək. İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadada iştirak edəcək şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunacaq. Müsabiqə və qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed