Şrift:
Hava limanı istiqamətindəki avtomagistrallarda sürət həddi endirilib
30.03.2019 [11:16] - Gündəm, İqtisadiyyat
Hava limanı istiqamətindəki avtomagistrallarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA bir daha sürücülərdən xahiş edir ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən olunan sürət həddinə əməl etməklə idarə etsinlər.
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed