Şrift:
Çinin şərqində fabrikdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub
30.03.2019 [11:20] - Gündəm, Hadisə
Çinin şərqində Şandun əyalətində fabrikdə baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Sinxua informasiya agentliyi xəbər verir ki, partlayış Sinçjou şəhərində perlit istehsal edən müəssisədə qeydə alınıb.

Müəssisənin sahibi polis tərəfindən saxlanılıb. İlkin təhqiqatın nəticələrinə əsasən, partlayışa maye qaz çənindəki sızma səbəb olub.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed