Şrift:
İrqçilərdən azərbaycanlılar və selə məruz qalan türkmənlərin ünvanına nifrət dolu sözlər
30.03.2019 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Türkmən səhra” bölgəsinin türkmən əhalisi sel böhranı içində olduğu bir vaxtda irqçilər tərəfindən təhqir edilir, ünvanına nifrət dolu sözlər yazılır.

Oxşar ifadələr sosial şəbəkələrdə selə məruz qalan türkmənlərə yardım göstərdiyinə görə Azərbaycan türkləri barəsində yazılır.

Fars irqçiləri təbii fəalakətdən əziyyət çəkənlərə yardım etmək yerinə irqçi mövqe ilə çıxış edirlər. Onlar təhqiramiz sözlərlə yanaşı “türk və türkmən nə qədər az olsa, bir o qədər də İran abadlaşar”, “inşallah sel gələr türkləri aparar” və s. kimi postlar paylaşaraq türk millətinə qarşı nifrətlərini və baş verən sel fəlakətindən sevindiklərini nümayiş etdiriblər.

İranda qeyri-fars millətlərinə qarşı qərəzli və təhqiramiz yanaşma bütün sahələrdə müşahidə olunur. Bu barədə dərsliklər, kütləvi informasiya vasitələri, idman stadionları və digər sahələrdə müxtəlif faktlara rast gəlinir. Dövlət tərəfindən irqçi hərəkətlərə qarşı heç bir tədbir alınmadığı üçün ölkə irqçilik getdikcə genişlənir.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed