Şrift:
Zelenski Ukraynada liderdir - Seçkilər II tura gedir
01.04.2019 [10:15] - Xəbərlər, Siyasət
Ukraynada keçirlimiş prezident seçkilərində səsvermə bülletenlərinin 35,47%-nin sayılmasından sonra Vladimir Zelenski 30,22% səslə irəlidədir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının bu gün səhər saatlarında açıqladığı məlumatda belə deyilir.

İkinci yerdə gələn hazırkı prezident Petro Poroşenko hələ ki 16,69% səs, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,14% səs toplaya bilib.

Namizədlərdən heç biri 50 faiz səs toplamayacağı təqdirdə seçkilərin ikinci turu keçiriləcək. İkinci tura isə Zelenski və Poroşenko iddialıdır.
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed