Şrift:
Güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazanıblar
01.04.2019 [11:03] - İdman
Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi ilə ölkəmizi təmsil edən komandamız beş medal qazanıb. Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) bürünc medala sahib olub.

Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərlik etdiyi gənclərdən ibarət yığmanın əsasən ehtiyat qüvvəsi sayılan bu heyətin iştirak etdiyi yarışda 9 ölkə təmsil olunub.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed