Şrift:
MİSKİN ABDAL POETİKASI VII YAZI (əvvəli altıncıda)
01.04.2019 [14:45] - Gündəm, DAVAMın yazıları
Aşağıdakı “Şah dağı” qoşması təşxis növü kimi, eyni zamanda təbiət lövhələrinin bədii ifadəsi baxımından səciyyəvidir. Şeirin obrazı metaforalarla canlandırılır. Qoşmanın bəndlərində Göyçə dağlarının adları da verilir.

ŞAH DAĞLAR

Gedənləri, gələnləri əskilməz,
Mehmanları eyləməyib nəh dağlar. -metafora…
Bəzirganı, sövdəgəri kəsilməz,
Bir kimsədən ummayıbdı beh dağlar. -metafora…

Sinəsində yer eyləyər qonağa,
Məhəl qoymaz hər möhnətə, qınağa,
Karvanları çəkər çətin sınağa, -metaforalar…
Kəsər yolu duman, çiskin gah, dağlar.

Buz bulağı abu-kövsər dadlıdır,
Çal-çağırlı, doğmalıdır, yadlıdır.
Bir çeşməsi şahdan ’’Kəşkül” adlıdır.
Cənnət qoxur səhər-səhər şeh, dağlar.

Şiş pilləkən, Vers dağları qoşadı,
’’Çətin dərə” gözəl bir tamaşadı.
Qoca pir, de, görən niyə yaşadı,
Sinəsində yuva qurar ah, dağlar.

Miskin könlüm yana-yana hey coşar. –metafora…
Saz götürər, nəğmə deyər, söz qoşar.
Bir gün olar Abdal Haqqa qovuşar,
Siz yaşayın, allı-güllü şah dağlar.

Aşağıdakı “Getdi” qoşması didaktikadır. Tarixi dövrlərdə güclü dövlət başçılarından dəlil, ibrət gətirməklə müəllif dünyanın faniliyini və müvəqqəti olduğunu vurğulayır. Semantikada İnsanın müvəqqəti ömürdə yaxşılıq etməyinin önəmli olması bildirilir.

GETDİ

Adəm oğlu, xəbdən oyan, bir eşit,
Neçə milyon canlar var idi, getdi.
Kim sürdü dünyada zövqü-səfanı,
Kimlər ’’oxxay!”deyib yarıdı, getdi? –kinayə…

Gəl sənə söyləyim Əjdəri-Sandan,
Babası Carcavar, o Nərimandan,
Keykavus, İsgəndər, o Süleymandan,
Onlar da bir tarix car idi, getdi.

İqlimin şahıydı Həzrət Süleyman,
Ədalətə pənah idi Nuşirəvan,
Şıx oğlu İsmayıl – o, cənnət məkan,
Düşməz ələ, Haqqa yar idi, getdi. –metonimiya…

Abdal, bu sözləri qanana söylə,
Tapsan bir ədalət divana söylə.
Səxalılar yetər imana söylə,
Əmsaxa dünyadan xar idi, getdi.

Aşağıdakı “Yara versən” qoşmasında müəllif dünyanın təzadları qarşısında döğru və düzgün yolun istiqamətini tövsiyə edir.

YARA VERƏSƏN

Bahar olcaq dağlar olar gülüzar,
İnsafdırmı gülü xara verəsən?!
Bülbül kimi həmdin zaya getməsin,
Şah könlünü ahu-zara verəsən. -təşbeh…

Hər kim əgər şərdə şərri bilməsə,
Göydə əfsəl qəzənfəri bilməsə,
Hər kim ki, Əlini Vəli bilməsə,
Şərratını Zülfüqara verəsən. – metonimiya-Haqq ədalət divanı…

Qaraquş nanəcib heç gəlmir saya,
Qızılquş laçındı payə və paya,
Ruzini verəsən o qarışqaya,
Nə ki, laçın ovun sara verəsən. –təşbeh-düzlüyü qəbul edəsən...

Qadir Mövlan nəzər salıb hər yana,
Fərq qoymayıb bəyə, xana, sultana.
Abdal da sığınıb qadir Sübhana,
Sən də meylin belə yara verəsən. –metonimiya-Allahı sevəsən…


ARDI VAR…


--
Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed