Şrift:
Həmədan Əyaləti: Sel Əsədabadda 100-dən çox evə xəsarət vurub
02.04.2019 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan Əyalətinin Əsədabad şəhərində güclü yağışların səbəb olduğu sel və daşqınlar ciddi fəsadlar törədib.

Bu barədə Əsədabad Şəhər İcra Hakimiyyətinin başçısı Kərim Həmidvənd bu gün “İrna” xəbər agentliyinə danışıb.

“Əsədabad kəndlərinin bir çoxunu su basıb, onlardan bir neçəsi sel sularının əhatəsində qalıb.
Hazırda Əliabad, Pirşəmsəddin, Kəvanic, Nəcəfabad, Ləklək, Qasimabad və Dövlətabad kəndləri böhran içindədir”- deyə o bildirib.

Şəhər İcra Hakimiyyəti başçısı təbii fəlakətin bir çox fəsadlara yol açdığını da vurğulayıb.
“Daşqınlar nəticəsində kəndlər su altında qalıb və 1500 hektardan çox əkin yerini su basıb. Bundan əlavə, köhnə və palçıqdan tikilmiş 100-dən çox evə ciddi xəsarət dəyib.
Nüsrətabad kəndində vəziyyət çox ağırdır. Təhlükəli evlərdə yaşayan bəzi ailələr başqa evlərə köçürülüb”- deyə o əlavə edib.

Kərim Həmidvənd bölgəyə dəyən xəsarətlə bağlı araşdırma aparıldığını, bu barədə yaxın günlərdə rəsmi açıqlama veriləcəyini bəyan edib.

N.S
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed