Şrift:
BMT-dən dini zəmində terrorçuluğa qarşı qətnamə
03.04.2019 [10:26] - Gündəm, Siyasət
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dini zəmində terrorçuluğa və başqa zorakılıq növlərinə qarşı mübarizəyə dair qətnamə layihəsini yekdilliklə qəbul edib.
Martın 15-də Yeni Zelandiyada törədilən terror hücumundan sonra Türkiyənin təşəbbüsü ilə təqdim edilən sənədin müəllifləri sırasına 30-dən artıq ölkə qoşulub.

Baş Assambleyanın irqçiliyin, əcnəbi düşmənçiliyin, dözümsüzlüyün aradan qaldırılmasına həsr olunan sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən təqdim olunan qətnamə layihəsində Yeni Zelandiyada məsciddə törədilən terror hadisəsi qətiyyətlə pislənir, irqçiliyə və əcnəbi düşmənçiliyə qarşı mübarizədə bütün dövlətlər qarşılıqlı əməkdaşlığa dəvət olunur.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed