Şrift:
Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan universitetlərində kvota ayrılacaq
04.04.2019 [10:37] - Gündəm, Diaspor
Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Dmanisi rayonunda yerli azərbaycanlılarla keçirdiyi görüşündə deyib. O bildirib ki, kvota üzrə Azərbaycan universitetlərinə xarici ölkələrdən qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar.

Komitə sədrinin sözlərinə görə, kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib. Kvotanın ayrılması istiqamətində işlər davam etdirilir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 90 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed