Şrift:
Venesuela parlamenti müxalifət liderinin toxunulmazlıq hüququnu ləğv edib
04.04.2019 [10:38] - Siyasət
Venesuela parlamenti müxalifət lideri Xuan Quaydonun toxunulmazlıq hüququnu ləğv edib. Bu qərar onun həbs olunması üçün hüquqi maneəni aradan qaldırıb.

Parlamentin üzvləri Quaydonun toxunulmazlıq hüququnun ləğvi üçün Ali Məhkəmənin sədri Maykel Morenonun müraciətini yekdilliklə təsdiq edib. Venesuela Milli Assambleyasının rəhbəri olan müxalifət liderinə qarşı xaricə çıxış qadağasını pozaraq Kolumbiyaya səfər etməsi ilə bağlı ittiham irəli sürülüb. Quaydoya bu qadağa fevralın 23-də - ABŞ-ın göndərdiyi humanitar yardımın qəbul edilməsindən bir gün əvvəl qoyulmuşdu. O, Kolumbiya ilə yanaşı, Braziliya, Paraqvay, Argentina və Ekvadora da səfər etmiş, martın 4-də vətənə qayıtmışdı.

X.Quaydo cari il yanvarın 23-də özünü Venesuelanın fəaliyyətdə olan prezidenti elan edib və AB, bir sıra Avropa və Latın Amerikası ölkələri tərəfindən tanınıb. Rusiya, Çin, İran, Türkiyə, Boliviya və Meksika isə qanuni seçilmiş prezidenti Maduronu dəstəkləyir.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed