Şrift:
"Shamkir Chess 2019": dördüncü turda bütün partiyalarda bərabərlik qeydə alınıb
04.04.2019 [11:36] - İdman
Aprelin 3-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində dördüncü turun oyunları keçirilib.

Bu turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Teymur Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşıblar. Hər iki şahmatçımızın görüşü heç-heçə başa çatıb. Turnirin digər partiyalarında da bərabərlik qeydə alınıb.

Qeyd edək ki, dörd turun nəticəsinə görə aktivində 3 xal olan Maqnus Karlsen turnir cədvəlində liderliyini davam etdirir. Dinq Liren, Sergey Karyakin 2,5 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalovun 2, Aleksandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navaranın hər birinin isə 1,5 xalı var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed