Şrift:
MİSKİN ABDAL POETİKASI XIX YAZI (əvvəli səkkizincidə)
04.04.2019 [15:09] - Gündəm, DAVAMın yazıları
Aşağıdakı “Məni” , “El Ata” qoşma şeirlər təcnis janrında olan saz-söz nəzminə gətirilən yenilikdir. İ. Nəsimidə qəzəldə təcnis elementlərinə rast gəlirik, amma oğuz şeir növlərində təcnisi hələlik Miskin Abdalda görürük. Bu təcnisdə cinaslar metonimiyalarla təqdim olunur. Təcnisdə cinas sözlər formaca bir, məna çalarları ilə fərqlidir və şeir sanki ibadətdən sonara zikir duaları kimi nəzərə çarpır.
Bədii təfəkkür forması olan təcnis növü şeirin texnikasına ciddi riayət və daha çox hikmətli, fəlsəfi sözlər tələb edir.
Nəzm sahəsində təcnis qədər dərin hikmətli, fəlsəfi fikir meydanına malik bədii təfəkkür növü yoxdur.

MƏNİ
(qoşma təcnis)

Əhədən, səmədən, həyyi-layəmud,
Tut dəstimdən yetir dür üstə məni, 1.
Görsən nadürüstəm, vermə dürüstə,
Dürüstəmsə, yetir dürüstə məni. 2.

Şəmimizə yetişməyir haqq səda,
Bir gün olar bükdürəllər ağ səda,
Günbəz əl-Xizrədə, Məscid-Əqsada,
Onlar da tanıyır dür ustə məni. 3.

Əbcəd hesab ilə dərs aldım ağdan,
Baxmadım qarayə, dər saldım ağdan,
Heyvatək soyuldum, dərs aldım ağdan,
Yetirdim dərsimə dürüstəməni. 4.

Mən Miskinə Haqqdan gəldi ”sin” ayə,
Xətm olundu İrəsulə Sinayə.
Gör necə çuğlaşıb sinə-sinayə,
Tifil tək görmədim dürüst əməni. 5.

1. dür üstə məni – təmiz, qiymətli yerə çatdır…
2. dürüstə məni – halal, düz olan insana…
3. dür ustə məni.- təmizliyə görə tanınmaq…
4. dürüstəməni-dürdən üstün olan (təmən-üstün)…
5. dürüst əməni –halal süd əmən…

EL ATA
(qoşma təcnis)

Yaz olanda büsatıdır dağların,
Ətəyində yer eləyər elata. 1
Qarı düşmən qovğa salsa üstünə,
Bata bilməz süvar olsa el ata. 2

Bir Allahdır ərşi-gürşü yaradan, 3
Adı çoxdur, bir adı da Yaradan. 4
Yaradanı nə yaratsan, yarat, an, 5
Qorx ki, sənə qara daşı el ata. 6

Miskin Abdal, şeytan anma, nər div an, 7
Müxənnəsə tutacaqdır nər divan! 8
Haqqa doğru sən qoyubsan nərdivan , 9
Ona görə deyir sənə el: “Ata”. 10

1. Elata dağlar yer eləyir-insan hərəkətinin köçürülməsi-metafora.
2. elin igidləri atlanıb, döyüşə girsə.
3. usta, sənətkar.
4. Allah nəzərdə tutulur: Ad dəyişmə-metonimiya.
5. nə yaratsan, Allah üçün yarat, onu an.
6 Allahı unutsan, haqsız iş görsən, el səni daşa basar.
7. nər-mərdi düşün-metonimiya.
8. divan-cəza...
9. nərdivan-doğru yol- metonimiy.
10. Ata- (metonimiya) ustad, elin öndəri.


ARDI VAR...

Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed