Şrift:
Nazirlik “Diqlas”ın sökülməsinə qərar verdi
05.04.2019 [10:29] - Gündəm, Hadisə
Bir müddət əvvəl yanğın baş vermiş “Diqlas” ticarət mərkəzi söküləcək. Bu haqda Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ticarət mərkəzinin sökülməsinə mütəxəssislər tərəfindən rəy verilib.

Xatırladaq ki, Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzindəki yanğın martın 26-da baş verib. Yanğın nəticəsində 381 nəfər zərərçəkən müəyyənləşib.

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Nazirlər Kabinetində komissiya yaradılıb.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın tərkibinə fövqəladə hallar, maliyyə, iqtisadiyyat, vergilər, daxili işlər, energetika nazirləri, Baş prokuror, Dövlət Gömrük Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin başçıları daxildir.
Komissiyaya tapşırılıb ki, hadisənin başvermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed