Şrift:
Azərbaycan və Dağıstanın texniki universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
05.04.2019 [10:41] - Dərbənd
Dağıstan Dövlət Texniki Universitetinin prorektoru Nadir Sanaev və bu ali məktəbin Dərbənd filialının direktoru İzmet Meylanov Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən Xalıq Yahudovla görüşüblər.

AzTU-dan bildirilib ki, görüşdə Xalıq Yahudov iki universitet arasındakı mövcud əlaqələrdən danışıb.

Görüşdə birgə beynəlxalq konfransların təşkili, tələbə-müəllim mübadiləsi, həmçinin əməkdaşlığın gücləndirilməsi üçün görülə biləcək işlər barədə müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed