Şrift:
Bakıda dustaqlar arasında kütləvi dava düşüb, xəsarət alanlar var
05.04.2019 [11:02] - Gündəm, Hadisə
Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.
Hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hadisə mart ayında baş verib: "Heç bir kütləvi davadan söhbət getmir. Sadəcə, üç nəfər məhkum öz aralarında məişət zəminində dava edib. Hadisə ilə əlaqədar onlar qanunvericiliyin tələblərinə uyğun olaraq daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına salınıb".
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed