Şrift:
Lerik rayon sakininin iki körpə uşağı naməlum şəraitdə ölüb
22.10.2011 [17:52] - Hadisə
Rayon prokuroru Salman Səmədovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, rayonun Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanovun iki azyaşlı uşağı – 2009-cu il təvəllüdlü Dilbər və 2010-cu il təvəllüdlü Filiz bu gün səhər saatlarında yataqlarında ölmüş vəziyyətdə aşkarlanıb. Prokuror faktla bağlı hazırda araşdırmaların aparıldığını, körpələrin ölümünün dəqiq səbəbinin isə məhkəmə-tibbi ekspertiza tərəfindən onların meyitinin müayinəsindən sonra məlum olacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed