Şrift:
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri məlum olub
05.04.2019 [11:21] - Gündəm, Siyasət
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında növbəti görüş Moskvada keçiriləcək.

Görüş yaxın vaxtlarda keçiriləcək, lakin tarix hələlik tam dəqiqləşməyib.
MDB Xarici işlər nazirləri Şurasının sabah Moskvada keçiriləcək iclasında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilmə ehtimalının olmadığını bildirən mənbə deyib ki, sabahkı toplantıda Ermənistanı XİN başçısının müavini təmsil edəcək.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov bu gün Brüsseldə keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın vaxtlarda Minsk qrupu həmsədri ölkələrindən birinin paytaxtında keçiriləcəyini bildirib.
Nazir deyib ki, bununla bağlı ilkin razılaşma əldə olunub.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed