Şrift:
“Traxtur” növbəti rəqibini cümə günü qəbul edəcək
05.04.2019 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Abadan təmsilçisini öz meydançasında qəbul edəcək.

İran üzrə futbol klublarının super liqa yarışlarının 24-cü həftəsində “Traxtur” “Sənət Neft” komandası ilə qarşılaşacaq.

Görüş aprelin 5-i yerli vaxtla saat 17:00-da Səhənd stadionunda başlayacaq.

“Traxtur”-“Sənət Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Xatırladaq ki, Azərbaycan komandası hazırda 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

N.S
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed